ELM VƏ TƏHSİL


Şamaxı Astrofizika Rəsədxanasında qış məktəbi: tələbələr astronomiyaya dair məlumatlandırılıb

Bakı, 11 mart, AZƏRTAC

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) “Tələbələr üçün astronomiya qış məktəbi” təşkil edilib.

Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, tədbir ŞAR, “Azərkosmos” ASC, Tusi-Bohm Planetarium və “AstroKlub” tələbə dərnəyinin birgə təşkilatçılığı ilə reallaşıb. Qış məktəbinin rəsmi açılışında ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov deyib ki, dövlətimizin başçısının Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən hər il martın 27-nin ölkəmizdə “Elm günü” kimi qeyd olunması qərara alınıb. Bu əlamətdar günün yüksək səviyyədə keçirilməsi məqsədilə ölkə üzrə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. “Tələbələr üçün astronomiya qış məktəbi”nin təşkili bu tədbirlərdən biridir. Əsas məqsəd tələbələrin astronomiya və kosmos elminə maraqlarını artırmaqdır.

Üç gün davam edən qış məktəbində Bakı Dövlət Universiteti, ADA Universiteti, Milli Aviasiya Akademiyası, Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti və Qərbi Kaspi Universitetində təhsil alan 30-dan çox tələbəyə ŞAR-ın əməkdaşları tərəfindən astronomiyanın müxtəlif sahələrini əhatə edən məruzələr oxunub və onların sualları cavablandırılıb.

Sonda qış məktəbinin iştirakçılarına sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.