ELM VƏ TƏHSİL
Şamaxı Astrofizika Rəsədxanasının Elmi şurasının növbəti iclası keçirilib
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Elmi şuranın növbəti iclası keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, elmi şuranın sədri, AMEA-nın müxbir üzvü Namiq Cəlilov gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.
İclasda ilkin olaraq, 2022-ci ilin may-iyun aylarında fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanların keçirilməsini təmin etmək üçün yaradılmış imtahan komissiyasının tərkibi, imtahanların yeri və vaxtı, habelə sual bloku və imtahan biletlərinin təsdiqi məsələləri müzakirə edilib və təsdiq olunub.
Daha sonra rəsədxananın icraçı direktoru professor Nəriman İsmayılov və Astronomik cihazlar və innovativ texnologiyalar şöbəsinin müdiri vəzifəsini icra edən Abbas İsmayılovun Çex Respublikasının Ondrejev Astronomiya İnstitutunun ezamiyyəti ilə bağlı aidiyyəti şəxslərin çıxışları dinlənilib və müvafiq qərarlar qəbul olunub.
Sonda bir sıra cari məsələlər müzakirə edilib.