ELM VƏ TƏHSİL


Şamaxı Astrofizika Rəsədxanasının Elmi şurasının növbəti iclası keçirilib

Bakı, 1 oktyabr, AZƏRTAC

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Elmi şuranın növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib. Bildirilib ki, elmi şuranın sədri, AMEA-nın müxbir üzvü Namiq Cəlilov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

İclasda 2022-2023-cü tədris ilində rəsədxananın magistraturasına qəbul olmuş gənclərə astronomiya və astrofizika sahəsində böyük nailiyyətləri olan görkəmli elm xadimləri haqqında məlumat verilib. Rəsədxanada aparılan elmi tədqiqatlarda aparıcı alimlərlə yanaşı, gənclərin iştirakı xüsusi vurğulanıb.

Sonra magistrantların elmi rəhbərləri mövzuları, o cümlədən 2022-2023-cü illər üzrə tədris planı müzakirəyə çıxarılaraq təsdiq olunub.

Rəsədxananın Çex Respublikasından elmi ezamiyyətdən qayıdan əməkdaşı, Qoşa ulduzlar və eruptiv proseslər şöbəsinin müdiri Səbinə Məmmədovanın hesabat çıxışı dinlənilib və qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.