Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım edir
AzerTAg.az

Bakı, 9 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları Türkiyədə baş verən zəlzələdən zərərçəkən insanlara kömək məqsədilə yardım kampaniyasına qoşulub.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.
Elmi müəssisədə keçirilən tədbirdə qardaş Türkiyədə baş verən zəlzələ zamanı həlak olanların xatirəsi ehtiramla yad edilib. Rəsədxananın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov bildirib ki, Türkiyədə baş verən zəlzələ və onun nəticəsində çoxlu sayda insan itkisi hamımızı dərindən sarsıdıb. Bu hadisə bizim üçün çox üzücü oldu. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, yaralılara şəfa versin.
Azərbaycan Prezidentinin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə yardım göstərilməsi ilə bağlı geniş tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, zəlzələ nəticəsində zərərçəkənlərə rəsədxana kollektivi tərəfindən maddi yardımın göstərilməsi barədə qərar qəbul olunub.
Xəbərin mətnində orfoqrafik səhv var