ELM VƏ TƏHSİL


Şamaxı Astrofizika Rəsədxanasının kompüter şəbəkəsinin “AzScienceNet”in infrastrukturuna qoşulması ilə bağlı iş aparılır

Bakı, 21 dekabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) kompüter şəbəkəsinin “AzScienceNet”in infrastrukturuna qoşulması ilə bağlı iş aparılır.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və rəhbər müavini Tural Mustafayev ŞAR-da ezamiyyətdə olublar. Onlar Rəsədxananın kompüter şəbəkəsi və avadanlığında monitorinq işləri aparıblar.

Planlaşdırılan işlər rəsədxananın daxili şəbəkə infrastrukturunun və internet xidmətinin yaxşılaşdırılmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində ŞAR-da “Cloud computing”, “Cloud storage” və s. xidmətlərdən istifadəyə imkan verəcək.

Həyata keçirilməsi nəzərdə tutulan bu tədbirlər ŞAR-ın Bakı şəhər bölməsi ilə Şamaxı bölməsi arasında birbaşa əlaqənin yaradılmasına, əməkdaşların bir-biri və beynəlxalq elmi ictimaiyyət ilə rahat və yüksəksürətli məlumat mübadiləsi aparmalarına da imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.