İDMAN


“Şamaxı” futbol klubunun yeni loqosu təqdim edilib

Bakı, 4 avqust, Elmir Səftərov, AZƏRTAC

Avqustun 4-də “Şamaxı” futbol klubunun yeni loqosu təqdim edilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən "Şamaxı" klubunun idarə heyətinin yeni sədri Elçin Usub klubun yeni brendini təqdim edib və bu haqda media nümayəndələrinə məlumat verib.

Klubun idarə heyətinin sədri deyib: "Bildiyimiz kimi, Şamaxı deyərkən ağıla iki şey gəlir. Bunlar Azərbaycan tarixində önəmli yer tutan və yeddi əsr fəaliyyət göstərmiş Şirvanşahlar dövləti, Şamaxı Rəsədxanasıdır. Bütün bunlar klubun loqosunda öz əksini tapıb".

“Bölgələrdə futbolun inkişafına dəstək, Şamaxı şəhər stadionunun səmərəli və müntəzəm şəkildə istismarı, azarkeş marağının artırılması məqsədilə işlər görüləcək”, - deyə E.Usub vurğulayıb.

O, klubun gələcək perspektivləri haqqında da danışıb: "Klub yeni qurulduğu üçün ciddi uğurlardan danışmaq hələ tezdir. Biz işimizi addım-addım görəcəyik. İş prinsiplərimizi yeniləyəcəyik. Bütün bunlara baxmayaraq, problemlərimiz var. Klubun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də ciddi işlər görülür və görüləcək. Bundan sonra konkret hədəflər müəyyən ediləcək".

Daha sonra "Şamaxı" futbol klubunun cari mövsümdə çıxış edəcək futbolçuları, məşqçiləri və idarə heyəti təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.