REGİONLAR


Şamaxı: hər gün zəmilərə 40-dək kombayn çıxarılır

Şamaxı, 18 iyun, AZƏRTAC

Şamaxı rayonunda bu mövsüm 40 min 440,3 hektar sahədə taxıl biçiləcək. Hazırda rayonun cənub ərazilərində, o cümlədən Ovculu, Hacıqədirli, Bağırlı, Mərzəndiyyə, Məlikçobanlı, Dağ Bağırlı kəndlərində və Sabir qəsəbəsində biçin sürətlə davam edir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari mövsümdə əkin sahələrinin 30 min 620,5 hektarı buğda, 9 min 819,8 hektarı isə arpadır. Hazırda hər gün zəmilərə 39 taxılbiçən kombayn çıxarılır. Hələlik zəmilərin 7 min 267 hektarında buğda, 5 min 211 hektarında isə arpa biçilib. Sahələrdən 26 min 176,4 ton məhsul götürülüb. Orta məhsuldarlıq 20,9 sentner təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.