REGİONLAR


Şamaxı heyvandarları cari ilin səkkiz ayını uğurlu nəticələrlə başa vurublar

Şamaxı, 2 sentyabr, AZƏRTAC

Şamaxı rayonunda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindəndir və cari ilin ötən səkkiz ayını heyvandarlar uğurlu nəticələrlə başa vurublar.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2020-ci ilin səkkiz ayında diri çəkidə 2759,8 ton ət istehsal olunub. Bu göstərici 2019-cu ilin müvafiq dövründəkindən 69,9 ton çoxdur.

Süd və yumurta istehsalında da nəticələr uğurludur. Belə ki, səkkiz ayda süd istehsalı 2303 ton artaraq 1561,9 tona, yumurta istehsalı 2 milyon 350 min ədəd artaraq 14 milyon 70 min ədədə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.