Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” otel kompleksinin açılışı olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir VİDEO

Şamaxı, 14 may (AZƏRTAC). Mayın 14-də Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” otel kompleksinin açılışı olmuşdur. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.

Avropa və Asiya arasında körpü rolu oynayan Azərbaycanda iqtisadiyyat, turizm, idman, mədəniyyət, incəsənət və digər sahələrdə əldə olunan yüksək nailiyyətlər xarici iş adamları ilə yanaşı, turistlərin də ölkəmizə marağını artırmışdır. Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində ölkəmizdə turizmin inkişafı istiqamətində mühüm layihələrin icrası da buna əlverişli zəmin yaradır. Bu baxımdan Azərbaycanda otel biznesinin daha da inkişafı üçün kompleks tədbirlər həyata keçirilir. Bu otellərdə müştərilərə yüksək səviyyəli xidmətlər göstərilir.

Azərbaycan artıq ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkədir. Bundan başqa, Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi kimi turizmin inkişafı da başlıca prioritetlərdəndir. Hazırda ölkəmizdə otel biznesinin dünya standartları səviyyəsində qurulması, qonaqların və turistlərin qəbulu üçün silsilə tədbirlər reallaşdırılır.

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün ölkəmizin bütün bölgələri kimi, Şamaxı da öz qədim və tarixi görkəmini saxlamaqla müasirləşir. Rayonda tikintisinə 2011-ci ildə başlanmış “Şamaxı Palace Platinum By Rixos” oteli də həmin istiqamətdə atılan addımlardan biridir. Ölkəmizdə bu cür komplekslərin sayının çoxalması Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də respublikamıza gələn turistlərin sayının artmasına zəmin yaradır. “Şamaxı Palace Platinum By Rixos” oteli təkcə Şamaxı rayonu üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyektidir. Mükəmməl infrastruktura malik bu otel kompleksindəki şərait böyük turizm potensialına malik olan Şamaxıda turistlərin yüksək səviyyədə qəbulu üçün geniş imkanlar açacaqdır. 

Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.

“Rixos” otellər şəbəkəsinin idarə heyətinin sədri Fəttah Tamincə Prezident İlham Əliyevə otel kompleksi barədə məlumat verdi. Bildirildi ki, 43 min 370 kvadratmetr ərazidə inşa olunan oteldə yüksək keyfiyyətli müxtəlif xidmətlər göstəriləcəkdir. Otel kompleksi maraqlı memarlıq üslubunda inşa edilmişdir. Avanqard və klassik arxitektura elementlərinin sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında orijinal mebel və aksessuarlardan istifadə olunmuşdur.

Prezidentin diqqətinə çatdırıldı ki, oteldə xidmət göstərəcək heyət yüksək hazırlıq kursu keçmişdir və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Bu əməkdaşlar otelin istənilən xidmət sahəsində qonaqlara yüksək səviyyəli qulluğun göstərilməsi ilə bağlı xüsusi təlim kurslarına cəlb olunmuşlar.

Otel kompleksində müxtəlif toplantı və konfransların keçirilməsi üçün geniş imkanları olan 200 nəfərlik konfrans zalı, müasir restoranlar şəbəkəsi də fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin  nümunələri təqdim olunacaqdır.

Dövlətimizin başçısı otel nömrələri ilə tanış oldu. Məlumat verildi ki, oteldə müxtəlif kateqoriyadan olan nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. Bütün bunlar sübut edir ki, paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin nəticəsidir. Bu çərçivədə “Şamaxı Palace Platinum By Rixos” otelində yaradılan gözəl şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını bir daha təsdiqləyir.

Oteldə uşaqların da istirahətinin təşkili üçün lazımi şərait yaradılmışdır. Burada uşaqlar üçün müxtəlif əyləncə və idman sahələri qurulmuşdur. Oteldə qonaqların vaxtlarını səmərəli keçirmələri üçün  bilyard və boulinq zalları da vardır. 

Bu oteldə qonaqlara təqdim olunan xidmətlər çoxçeşidliliyi ilə fərqlənir. Təklif olunan bəzi xidmət sahələri pulsuzdur. Burada quraşdırılan müxtəlif  trenajorlar, müasir idman avadanlığı və hovuzlar qonaqların istirahət imkanlarını daha da artırır.

Otel kompleksi ilə tanışlıqdan sonra dövlətimizin başçısı kollektivlə görüşdü.  

Kollektiv üzvlərini təbrik edən Prezident İlham ƏLİYEV dedi:

- Sabahınız xeyir olsun.

Mən sizi salamlayıram. Bu gün Şamaxı rayonunda çox əlamətdar bir gündür. Şamaxıda belə gözəl, möhtəşəm otel açılır, “Şamaxı Palace” oteli. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm.

Bu, doğrudan da “Palace” oteldir, yəni saraydır, saraya oxşayır. Həm xarici görünüşü, daxili dizaynı, rahatlığı, əlbəttə ki, ən yüksək səviyyədədir. Ən yüksək standartlar tətbiq edilib, otaqlar genişdir, rahatdır, istirahət üçün gözəl imkan vardır. “Rixos” kimi dünya miqyaslı şirkət bu oteldə xidmət göstərəcəkdir. Bu, Azərbaycanda artıq üçüncü oteldir ki, “Rixos” şirkəti onu idarə edir. Bundan əvvəl Qubada gözəl otelin açılışında iştirak etmişəm, Naftalan şəhərində “Rixos” fəaliyyət göstərir və indi Şamaxıda.

Bu, özlüyündə bir göstəricidir. Çünki bu, Azərbaycanın inkişafına inamın əlamətidir. Azərbaycan inkişaf edir. Hər sahə inkişafdadır, o cümlədən turizm sahəsi. Son illərdə Azərbaycana gələn turistlərin sayının artması və yeni otellərin açılışı ölkəmizin dinamik inkişafını göstərir. Çünki bundan sonra biz qeyri-neft sektorunun inkişafı ilə daha da ciddi məşğul olacağıq və ölkəmizi hərtərəfli – həm iqtisadi cəhətdən, həm regional baxımdan inkişaf etdirəcəyik.

Bildiyiniz kimi, Bakıda son 2-3 il ərzində bir neçə beşulduzlu otel açılmışdır. Bu otellər dünyanın ən yüksək otel şəbəkələrinin otelləridir. “Four Seasons”, “Fairmont”, “Marriott”, “Hilton”, “Kempinski” “Jumeirah”, “Sheraton”, “Hyatt”, yəni, dünyanın səkkiz aparıcı otel brendi bir şəhərdədir, özü də Bakı şəhərində. Yəni, biz bunu ancaq dünyanın ən inkişaf etmiş şəhərlərində görə bilərik. Yenə də otellər tikilir. Hazırda Bakıda “İnturist” oteli tikilir. Bu da çox əlamətdar hadisədir. Çünki Bakının vaxtilə - 1950-1960-cı illərdə ən məşhur oteli “İnturist” idi. Sonra “Yeni İnturist” tikildi, bunun adı oldu “Köhnə İnturist”. Sonra isə əfsuslar olsun ki, o, sökülmüşdür, yerində başqa bina tikilmişdir. Ancaq bakılıların xatirəsində həmişə “İnturist” oteli yaşayır.

Mən çox şadam ki, hazırda biz bu tarixi ədaləti bərpa edirik. “İnturist” oteli tikilir. Adı da “İnturist” olacaqdır. Təxminən əvvəlki “İnturist”in yerinə çox yaxın bir yerdə tikilir. Dənizə mənzərəsi açılır və Yeni Bulvarın arxasında yerləşir. Eyni zamanda, Ağ şəhər bulvarında - bulvarın əks istiqamətində yeni böyük otel tikilir. Beləliklə, Bakıda beşulduzlu otellərin sayı ən azı ona çatacaqdır. Yəni, bir neçə il ərzində beşulduzlu on otelin fəaliyyətə başlaması özlüyündə ölkəmizin nə qədər sürətlə inkişaf etdiyini göstərir.

Turistlərin sayı, qonaqların sayı artır və hər qonaq, hər halda mənimlə görüşən xarici qonaqlar Bakı haqqında, Azərbaycan haqqında çox yüksək fikirdədirlər. Azərbaycanın inkişafı, Bakının gözəlliyi onları heyran edir. Keçən ay Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi istifadəyə verilmişdir. Bu da dünya miqyasında ən gözəl aerovağzal komplekslərindən biridir. Həm xarici görünüşü, dizayn, interyer, həm də zövq baxımından ən yüksək səviyyədədir. Ona görə hazırda bax bu turizm və nəqliyyat infrastrukturu bizə imkan verir ki, bu sektoru sürətlə inkişaf etdirək.

Məni daha çox sevindirən odur ki, hazırda bölgələrdə ən müasir səviyyədə otellər tikilir. Şimal-qərb zonasında, bax, Şamaxıda artıq ikinci oteldir. Biri də tikilir. Qəbələ şəhəri artıq Azərbaycanın turizm mərkəzinə çevrilmişdir. Beynəlxalq Aeroport və dörd, ya da ki, beş beşulduzlu otel artıq fəaliyyət göstərir. Şəki bizim qədim şəhərimizdir. Orada da otellər tikilib. Şimal istiqamətində “Rixos” artıq Qubada fəaliyyət göstərir. Böyük qolf meydançası da vardır, burada dünya çempionatları keçirmək mümkündür. “Şahdağ” qış-yay turizm mərkəzi. Orada artıq üç otel açılıbdır - “Şahdağ”, “Pik Palas”, “Zirvə”, dördüncüsü də tikilir. Qusar və Qəbələ rayonlarında dağ xizəyi kompleksləri açılmışdır. Bu, Azərbaycanda heç vaxt olmamışdır. Yəni, turizm Azərbaycanda hazırda ən sürətlə inkişaf edən sahələrdən biridir. Bunu beynəlxalq qurumlar da qeyd edirlər. Dünya Turizm Təşkilatının rəhbərliyi Azərbaycanda görülən işlərə çox yüksək qiymət verir.

Ölkəmiz çox gözəldir, zəngindir. Təbiətimiz, havamız, iqlimimiz böyük sərvətimizdir. Eyni zamanda, Azərbaycanda tarixən müalicə üçün də yerlər olmuşdur. Onların içində mən Naftalanı qeyd etmək istəyirəm. Orada da “Rixos” fəaliyyət göstərir və biz Naftalanın keçmiş şöhrətini bərpa edirik. Sovet vaxtında hər il 50-60 min insan Naftalana müalicə üçün gəlirdi.

Müstəqilliyin ilk illərində Azərbaycan erməni işğalına məruz qalmışdır. Məcburi köçkün soydaşlarımız o otellərdə, sanatoriyalarda məskunlaşmışdı. Biz onlar üçün yeni evlər tikdik, qəsəbələr yaratdıq. Onlar çox gözəl yerlərə köçürüldü. İndi Naftalanda Azərbaycanın müalicə mərkəzi tikilir. “Çinar”, “Rixos” otelləri və tikilməkdə olan “Qarabağ” oteli də artıq Naftalanı bir turizm, istirahət, müalicə mərkəzi kimi dünyaya təqdim edəcəkdir.

Yəni, ərazisi o qədər də böyük olmayan ölkədə görün, artıq nə qədər turizm mərkəzləri vardır. Bakı dəniz sahilində istirahət üçün imkanlar yaradır. Qusar, Qəbələ dağ xizəyi, Şamaxı, Naftalan. Biz Qalaaltını da buraya əlavə etməliyik. Çünki sovet vaxtında Qalaaltı da ümumittifaq kurortu idi. Burada müalicəvi su da çox keyfiyyətlidir. İndi Qalaaltıda çox gözəl, yeni otel tikilir.

Əlbəttə ki, bu, uzunmüddətli strategiyamıza uyğundur. Çünki bu sahəyə qoyulan sərmayə uzun müddətə, Azərbaycanın gələcəyinə qoyulan sərmayədir. Əgər investorların inamı olmasaydı, Azərbaycana bir manat da qoymazdılar. Həm yerli, həm xarici investorlar turizm, otel sektorlarına, böyük maraq göstərirlər, investisiyalar qoyurlar və beləliklə, ölkəmiz bu gün dünyada turizm mərkəzi kimi tanınır.

Bizim məqsədimiz məhz bundan ibarət idi. Çünki Azərbaycanı daha çox neftə, qaza görə tanıyırdılar. Amma mən istəyirəm ki, Azərbaycanı gözəlliyə, rahatlığa görə tanısınlar, turizm mərkəzi kimi tanısınlar. Bütün imkanlar vardır - belə təbiət, gözəl hava, istedadlı insanlar, ölkəmizdə hökm sürən sabitlik, təhlükəsizlik. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bakı da ən təhlükəsiz şəhərdir. Əlbəttə ki, nə qədər çox inkişaf getsə, insanlar nə qədər çox zənginləşsələr, varlı olsalar, ölkəmiz də bir o qədər çox inkişaf edəcək və Azərbaycan daim inkişaf yolu ilə gedəcəkdir. Sabitlik, gələcəyə inam və düzgün siyasət bu gün Azərbaycanın inkişafını şərtləndirir.

Təsadüfi deyildir ki, son on il ərzində dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkə Azərbaycandır. Belə gözəl, möhtəşəm otelin Şamaxıda yaradılması əlbəttə ki, çox əlamətdar hadisədir. Şamaxı inkişaf edir. Mən keçən il Şamaxıda olmuşam. Keçən il tariximiz, milli dəyərlərimizin qorunması üçün çox əlamətdar hadisə baş vermişdir. 743-cü ildə tikilmiş, Azərbaycanda və müsəlman aləmində ən qədim məscidlərdən biri olan Şamaxı Cümə məscidi əsaslı bərpadan sonra açılmışdır. Bu, bizim tariximizə, dinimizə, adət-ənənələrimizə verdiyimiz töhfədir, mənəvi borcumuzdur.

Ölkədə milli dəyərlər və müasirlik vəhdət təşkil edir. Bizim uğurumuzun əsas səbəbi məhz bundan ibarətdir. Dərin mənəvi köklər üzərində müasir dövlət qururuq və belə gözəl otellər görülən işlərin kiçik bir parçasıdır.

Siz burada fəaliyyət göstərəcəksiniz. Mənə verilən məlumata görə, indi buraya gəlmək istəyən qonaqların sayı çoxdur. Müraciətlər edilir. Siz əlbəttə ki, “Rixos” markasını yüksək tutacaqsınız, gözəl xidmət göstərəcəksiniz və ölkəmiz üçün gözəl işlər görəcəksiniz.

Sizi təbrik edirəm, sizə uğurlar arzulayıram.

X X X

Sonra xatirə şəkli çəkdirildi.

X X X

Otelin ərazisində geniş tikinti-quruculuq işləri də həyata keçirilmişdir. Tamaşaların və müxtəlif əyləncə proqramlarının təşkil olunması üçün 200 tamaşaçı yerlik amfiteatr yaradılmışdır. Bundan əlavə, ərazidəki tennis, futbol, basketbol, voleybol, mini qolf meydançalarında hər cür şərait vardır.

“Şamaxı Palace Platinum By Rixos” otelinin təqdim etdiyi xidmətlərə təbiət qoynuna gəzintilərin təşkil olunması, idmanın dağ velosipedi növü üzrə xidmətlərin göstərilməsi də daxildir. Beləliklə, qonaqların istirahətinin yüksək səviyyədə təmin olunduğu bu otellərdə yaradılan şərait bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün ölkə üzrə turizm marşrutlarının müəyyənləşdirilməsi və bölgələrdə bununla bağlı genişmiqyaslı tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Təsadüfi deyildir ki, son bir neçə ildə beşulduzlu otellərin açılması ilə dünyanın ən məşhur otel brendləri Azərbaycana gəlmişdir və bu proses ardıcıl olaraq davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” otel kompleksinin açılışı olmuşdurAzərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir VİDEO

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər