CƏMİYYƏT
Şamaxı rayonunda ictimai yerdə koronavirus xəstəsi aşkarlanıb
Bakı, 8 dekabr, AZƏRTAC
Şamaxı rayonunda karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı aktiv koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi müəyyənləşib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, koronavirus infeksiyasına yoluxan Güntəkin Hümmətovun ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq o, özünə məxsus avtomobillə rayon ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxs yaşadığı ünvana geri qaytarılıb.
G.Hümmətov barəsində Şamaxı Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.