CƏMİYYƏT


Şamaxı rayonunun Göylər kəndi ərazisinə koronaviruslu xəstələrə aid tullantıların atılması ilə bağlı yayılmış məlumat araşdırılıb

Bakı, 1 iyul, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şamaxı rayonunun Göylər kəndi ərazisinə koronaviruslu xəstələrə aid tullantıların atılması ilə bağlı kütləvi informasiya vasitələrində yayılmış məlumatı araşdırıb və həmin əraziyə baxış keçiriblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, baxış zamanı kəndin ərazisinə istifadəyə yararsız yataq dəstlərinin atıldığı faktı təsdiqini tapıb.

Aparılan araşdırma zamanı məlum olub ki, Şamaxı rayonunda koronavirus epidemiyasına yoluxmuş xəstələrin müalicəsi üçün tibb müəssisəsi və karantin rejimli mehmanxana yoxdur, yataq tullantıları da koronavirus xəstələrinə aid deyil.

Faktla bağlı akt tərtib edilib və əraziyə tullantı ataraq sakinlərdə narahatlığa səbəb olan təqsirkarların müəyyənləşdirilməsi üçün Şamaxı Rayon Polis Şöbəsinə müraciət olunub.

Nazirliyin əməkdaşlarının nəzarəti altında ərazi məişət tullantılarından təmizlənib və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə tullantıların idarə olunmasına cavabdeh Göylər bələdiyyəsinin rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Nazirlik vətəndaşları, müəssisə və təşkilatları məişət tullantılarını yalnız xüsusi müəyyənləşdirilmiş yerlərə atmağa, tullantıların düzgün idarə olunması və təmizlik qaydalarına ciddi riayət etməyə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.