REGİONLAR


Şamaxı rayonunun iki kəndinə təbii qaz verilib

Bakı, 9 avqust, AZƏRTAC

Avqustun 9-da qazlaşdırma işləri başa çatdırılan Şamaxı rayonunun Çıraqlı və Çöl-Göylər kəndlərinə təbii qaz verilib.

“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə Çıraqlı kəndində rayon rəhbərliyi və İctimai Birliyin nümayəndələrinin iştirakı ilə mərasim keçirilib.

Qeyd edək ki, Çıraqlı (39 abonent) və Çöl-Göylər (110 abonent) kəndlərinə təbii qazın verilməsi ilə rayon üzrə qazlaşma faizi 96,67 faizə çatıb. İşlərə bu ilin fevral ayının əvvəlində başlanılıb. Ümumilikdə iki kənddə müxtəlif diametrli yeraltı orta təzyiqli polietilen və paylayıcı yerüstü qaz kəmərləri çəkilib. Hər bir fərdi mənzilin qaz kəməri üzərində 149 ədəd qaz sayğacı quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.