REGİONLAR


Şamaxı: satıcılara və sakinlərə tibbi maska və əlcək paylanılır

Şamaxı, 3 aprel, AZƏRTAC

Şamaxı rayonu ərazisində koronavirus (COVID-19) epidemiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara qeyd-şərtsiz əməl olunması istiqamətində tədbirlər davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ərazisində koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmək məqsədilə maarifləndirmə işləri genişləndirilib. Bu istiqamətdə rayon icra hakimiyyətinin, inzibati ərazi dairələrinin, bələdiyyələrin, digər qurumların nümayəndələrindən və polis əməkdaşlarından ibarət 84 mobil qrup fəaliyyət göstərir.

Mobil qruplar Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birlikdə xüsusi karantin rejimində işləmələrinə icazə verilmiş ərzaq, meyvə-tərəvəz və ət satışı mağazalarında satıcılar və sakinlərlə karantin rejiminin tələbləri və davranış qaydaları barədə maarifləndirici söhbətlər aparıb, onlara tibbi spirt, əlcək və maskalar paylayıb, satış yerlərində və ərazidə sanitar-gigiyenik tələblərin yerinə yetirilməsi vəziyyətinə nəzarət ediblər.

Rayonun bütün yaşayış məntəqələrində fəaliyyət göstərən mobil qruplar Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini mütəmadi olaraq əhalinin diqqətinə çatdırır, onlara şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid şəraitinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaları barədə məlumatlar verir.

Şamaxı rayonu ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri də davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.