İQTİSADİYYAT
“Şamaxı yolu” adlanan ərazidə yol hərəkətinin təşkili ilə bağlı qüsur aradan qaldırılacaq
Bakı, 16 aprel, AZƏRTAC
Ötən gün sosial şəbəkələrdə "Şamaxı yolu" adlanan ərazidə- 20 Yanvar küçəsi ilə Asif Məhərrəmov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində qüsurun olması ilə bağlı məlumat yayılıb. Sözügedən məlumata görə, piyada zolağı yolun bir tərəfində dekorativ kollara doğru çəkilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, problem agentliyin aidiyyəti şöbəsinə məlumat verilərək nəzarətə götürülüb.
Bu gün səhər saatlarında AAYDA-nin Şəhər yollarının istismarı və təmiri şöbəsinin rəisi, həmçinin Bakı Nəqliyyat Agentliyinin məsul şəxsi ərazidə olaraq problemlə yerindəcə tanış olublar və sözügedən qüsurun aradan qaldırılması üçün tapşırıqlar verilib.
Qeyd edilən ərazidə qüsurun aradan qaldırılması üçün atılacaq addımlar barədə yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]