REGİONLAR


Şamaxıda 2390 ton kartof istehsal edilib

Şamaxı, 3 oktyabr, AZƏRTAC 

Şamaxı rayonunda kartof yığımı başa çatıb və torpaq mülkiyyətçiləri sahələrdən 2390 ton məhsul götürüblər.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə istehsal edilən kartof ötən ilki göstəricidən 619 ton çoxdur. Hər hektardan orta məhsuldarlıq 67,6 sentner təşkil edib. Bir sıra ərazilərdə, o cümlədən daha çox kartof əkilən Qızmeydan, İkinci Cabanı, Çuxuryurd, Ərçiman, Şəhriyar qəsəbə ərazi vahidlərində məhsuldarlıq daha yüksək olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.