REGİONLAR


Şamaxıda 40 min tonadək taxıl istehsal olunub

Şamaxı, 22 avqust, AZƏRTAC

Şamaxı rayonunda taxıl biçini kampaniyası başa çatıb və zəmilərdən 39 min 305 ton məhsul götürülüb.

Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin məhsulu üçün 20 min 616 hektarda taxıl yetişdirilib. Bundan 12 min 403 hektarı buğda, qalanı isə arpa olub. Hər hektardan orta məhsuldarlıq 19,1 sentner təşkil edib. Bir sıra ərazilərdə, o cümlədən Qızmeydanda, Hacılıda, habelə 4 toxumçuluq təsərrüfatında, “Azərsun” MMC-nin taxıl sahələrində orta məhsuldarlıq isə 25-35 sentner olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.