REGİONLAR
Şamaxıda 41 min hektarda payızlıq taxıl əkiləcək
Şamaxı, 6 noyabr, AZƏRTAC
Şamaxı taxılçıları payızlıq əkin kampaniyasını sürətlə davam etdirirlər və artıq 25 min 694 hektarda səpin aparılıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əkin aparılan sahələrin 15 min 714 hektarı buğda, 9980 hektarı arpadır. Bölgənin bütün ərazilərində, o cümlədən daha çox taxıl əkilən Sabir, Şəhriyar qəsəbə, Qızmeydan, Göylər kənd ərazi dairələrində, “Aqro Dairy” MMC-nin aqroparkında bütün qüvvələr bu mühüm kampaniyanın tez və keyfiyyətlə başa çatdırılmasına səfərbər edilib. Əkin kampaniyasına kifayət qədər texnika cəlb olunub.
Qeyd edək ki, Şamaxıda gələn ilin məhsulu üçün 41 min hektardan çox sahədə payızlıq taxıl əkiləcəyi gözlənilir. Artıq 36 min 487 hektarda şum çıxarılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]