REGİONLAR
Şamaxıda 619 yeni iş yeri açılıb
Şamaxı, 20 oktyabr, AZƏRTAC
Şamaxı rayonunda 2022-ci ilin doqquz ayında 619 yeni iş yeri açılıb. Yeni iş yerlərinin hamısı daimidir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, iş yerlərinin 80-i mövcud idarə və müəssisələr, 2-si “Regional idmana dəstək” MMC, 537-si isə fiziki şəxslər tərəfindən açılıb.
Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının icrası, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlara göstərilən dövlət dəstəyi yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına şərait yaradır. Təkcə son 19 ildə Şamaxıda 23 min 301 yeni iş yeri açılıb. Bunun da 20 min 151-i daimidir. Bölgədə, habelə 3150 müvəqqəti iş yeri açılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]