REGİONLAR


Şamaxıda “Azadlığa aparan yol” mövzusunda videokonfrans keçirilib

Şamaxı, 19 yanvar, AZƏRTAC

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olan 1990-cı ilin 20 Yanvar hadisələri bəşər tarixində insanlığa qarşı törədilən ən ağır cinayətlərdən olmaqla yanaşı, totalitar sovet rejiminin xalqımızın azadlıq əzmini qırmaq, milli mənliyini sarsıtmaq məqsədilə həyata keçirdiyi terror aktıdır.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxi rayon nümayəndəliyindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu barədə Şamaxı rayon Heydər Əliyev Mərkəzində “Azadlığa aparan yol” mövzusunda keçirilən videokonfransda danışılıb.

Videokonfransdakı çıxışlarda 20 Yanvar faciəsinin başvermə səbəbləri, o cümlədən təpədən dırnağa qədər silahlanan sovet imperiyası ordusunun vəhşilikləri bir daha diqqətə çatdırılıb, xalqımızın öz şəhidləri ilə qürur duyduğu və onların xatirəsinin heç vaxt unudulmayacağı vurğulanıb.

Qeyd edək ki, 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şamaxı Rayon Mədəniyyət Mərkəzində, M.Ə.Sabirin ev-muzeyində, Tarix-Diyarşünaslıq Muzeyində, Dövlət Rəsm Qalereyasında, İncəsənət Təhsili Mərkəzində “Qanlı Yanvar”, “20 Yanvar faciəsi unudulmazdır”, “Qanlı Yanvar faciəsi”, “Şəhidlər unudulmur” adlı videoçarxlar nümayiş etdirilib, kitab və rəsm sərgiləri təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.