REGİONLAR


Şamaxıda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd edilib

Şamaxı, 23 iyun, AZƏRTAC

Şamaxı rayonunda 23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd edilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə bölgədə çalışan dövlət qulluqçuları öncə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, heykəlin önünə gül dəstələri düzərək ehtiramlarını bildiriblər.

Heydər Əliyev parkında açıq havada karantin rejimi qaydaları gözlənilməklə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov iştirakçıları təbrik edərək ölkəmizin inkişafında dövlət qulluqçularının xidmətindən geniş söhbət açıb, bu yolda gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Rayon icra hakimiyyətində aparatın kollektivi ilə davam etdirilən tədbirdə icra başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Rəşad Əliyevi təbrik edib. Habelə, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə aparatın hüquq şöbəsinin müdiri Nəsimi Mənəfovu, İnformasiya təminatı və təhlil sektorunun müdiri Təbriz Qəniyevi və baş mütəxəssis Sədaqət İsmayılovanı RİH-nin Fəxri fərmanları ilə təltif edib.

Sonda kollektiv üzvlərinə xatirə hədiyyələri verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.