REGİONLAR


Şamaxıda Dünya Güləş Birliyinin rəsmi dəvəti ilə əlaqədar tədbir keçirilib

Şamaxı, 12 iyul, AZƏRTAC

Yaponiyanın Tokio şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında Dünya Güləş Birliyinin qərarına əsasən sərbəst güləş üzrə beynəlxalq dərəcəli hakim, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asif Yusif oğlu Şirəliyev hakim təyin edilib. Bu münasibətlə Şamaxı Olimpiya Mərkəzində təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova və digər rəsmi qonaqlar, eləcə də rayonun idman ictimaiyyətinin nümayəndələri və gənc idmançılar iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb, XXXII Yay Olimpiya Oyunlarında ölkəmizi 14 idman növü üzrə təmsil edəcək 44 idmançıya, həmçinin bu oyunlarda hakim kimi çıxış edəcək Asif Şirəliyevə uğurlar arzulayaraq ona öz ədalətli qərarları ilə dövlətimizi layiqincə təmsil edəcəyinə əminliyini ifadə edib.

Milli Məclisin deputatı Tamam Cəfərova çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər və idman siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Deputat Asif Şirəliyevə Dünya Güləş Birliyinin rəsmi dəvətini təqdim edərək ona bu oyunlarda uğurlar arzulayıb.

Tədbirdə çıxış edən MMA liqasının prezidenti Kənan Məmmədov, veteran idmançı Hacıbaba Şıxıyev, rayon gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov və məşqçı Alxas Məmmədov Olimpiya Oyunlarında hakim qismində çıxış edəcək Asif Şirəliyevi təbrik edərək ona uğurlar arzulayıblar.

Yekunda çıxış edən Asif Şirəliyev Dünya Güləş Birliyi tərəfindən ona göstərilən bu etimadı ədalətli qərarları ilə doğruldacağını, ölkəmizi bu yarışlarda layiqincə təmsil edəcəyini bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.