REGİONLAR


Şamaxıda Heydər Əliyev Mərkəzində “Xocalı harayı” adlı tədbir keçirilib

Şamaxı, 27 fevral, AZƏRTAC

Şamaxıda Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar “Xocalı harayı” adlı tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə faciə qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı soyqırımını əks etdirən fotoşəkillərə və kitab sərgisinə baxış keçirilib.

Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova və Mərkəzin bələdçisi Şəhla İsmayılova Azərbaycan xalqına qarşı törədilən dəhşətli terror aktı haqqında ətraflı məlumat veriblər. Bildirilib ki Xocalı soyqırımını tariximizin ən qanlı səhifələrindəndir.

Çıxışlarda qeyd olunub ki, Xocalı soyqırımına siyasi qiymətin verilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər demişdir ki, Xocalı soyqırımı 100 il bundan sonra da gələcək nəsillərin yaddaşından çıxmamalıdır. Gələcək nəsil bilməlidir ki, bizim millətimizə qarşı belə vəhşiliklər edilib. Sonda “Xocalı dərsi” adlı film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.