ELM VƏ TƏHSİL


Şamaxıda “Yay vikidüşərgəsi” təşkil olunub

Bakı, 13 iyul, AZƏRTAC

İyulun 13-də “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyi tərəfindən təcrübəli və yeni vikipediyaçılar üçün Sumqayıt Texnologiyalar Parkının sponsorluğu ilə Şamaxı şəhərində “Yay vikidüşərgəsi” təşkil olunub.

İctimai birlikdən AZƏRTAC-a bildirilib ki, 2 gün davam edəcək vikidüşərgənin məqsədi Azərbaycanda “Vikipediya” hərəkatının gücləndirilməsi, fəal istifadəçilər arasında sıx əlaqələrin və əməkdaşlığın qurulması, yeni könüllülərin cəlb edilməsi, multikulturalizm cəhətdən zəngin olan və qədim tarixə malik Şamaxı və İsmayıllı rayonları və onların mədəniyyətinə dair məqalələr yaradılmasıdır.

Vikidüşərgədə 35 nəfər iştirak edir. Onlardan 10-u yeni, 25-i təcrübəli istifadəçilərdir.

Düşərgə müddətində Azərbaycan dilində “Vikipediya”da 50 məqalə yaradılması, bu resursa 200 fotoşəkil yüklənilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.