REGİONLAR


Şamaxıda ağacəkmə aksiyası keçirilib

Şamaxı, 16 yanvar, AZƏRTAC

Füsunkar təbiəti olan Şamaxı rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində yeni yaşıllıq sahələrinin yaradılması, ağac, kol bitkilərinin əkilməsi davam etdirilir və bu məqsədlə növbəti aksiya keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin təşəbbüsü ilə təşkil olunan aksiya çərçivəsində Şamaxının Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı avtomobil yolunun ətrafında və yeni Muğanlı yaşayış massivinin yolkənarı ərazisində 700 ədəd Eldar Şamı, 450 ədəd Sərv ağacı və Şamaxının təbii-iqlim şəraitinə uyğun başqa növ ağaclar əkilib. Ağac əkini hər yerdə mütəxəssislərin nəzarəti altında aqrotexniki tələblərə uyğun olaraq aparılıb. Ağacəkmə aksiyasında xidmət təşkilatlarının kollektivləri, gənc könüllülər, habelə yaxın kəndlərin sakinləri fəal iştirak ediblər.

Təkcə bu ərazidə 30 mindən çox ağacın əkilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.