REGİONLAR


Şamaxıda avtomobillər su içində qalıb

Şamaxı, 11 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC

İki gündür Şamaxıya yağan güclü leysan yağışından sonra dağlardan gələn sel suları rayonun Mədrəsə kəndini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun bağlanmasına səbəb olub. Sel suları qəflətən yolu basaraq orada böyük gölməçə yaradıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çökək ərazidən keçən yol və oradakı avtomobil körpüsünün üstü su və qalın lil qatı ilə örtüldüyü üçün kəndə gedib-gələn avtomobillərin hərəkəti məhdudlaşıb.

Sürücülərin sözlərinə görə, hər dəfə rayona güclü leysan yağışları yağanda kəndin körpüsünü su basaraq yolu bağlayır, avtomobillər saatlarla yolda qalır. Sakinlər bildirib ki, qəfildən gələn sel suları iri və xırdabuynuzlu heyvanlar üçün də təhlükə yaradıb. Körpünü keçmək istəyən bəzi sürücülərə ciddi ziyan dəyib, mühərriki sıradan çıxan avtomobillər suyun ortasında qalıb. Mədrəsə kəndindən rayon mərkəzinə sərnişin daşıyan avtobus da, mühərriki sıradan çıxdığı üçün suyun ortasında qalıb.

Avtobusda olan sərnişinlər bir saat suyun ortasında gözləməli olub. Kənd sakinləri tərəfindən əraziyə çağırılan texnika vasitəsi ilə avtobus sudan çıxarılıb, sərnişinlər başqa avtomobillərlə yola salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.