REGİONLAR
Şamaxıda cari mövsümdə 2500 ton kartof istehsalı gözlənilir
Şamaxı, 5 iyul, AZƏRTAC
Şamaxı rayonunda kartof yığımına başlanılıb və az vaxtda 364 ton məhsul istehsal olunub.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il bölgədə 353,5 hektarda yazlıq kartof yetişdirilib. Əkin sahəsi ötən ildəkindən 86 hektar çoxdur.
Hazırda rayonun cənub ərazilərində, o cümlədən Quşçu, Göylər, Hacıqədirli və bir sıra digər ərazi vahidlərində torpaq mülkiyyətçiləri ağır zəhmət bahasına yetişdirdikləri və ailə büdcəsinə yaxşı gəlir gətirən məhsulun yığımını həyata keçirirlər. Az vaxtda 364 ton kartof yığılıb.
Qeyd edək ki, yerli sakinlər kartofçuluqla daha çox bölgənin şimal ərazilərində, xüsusilə Qızmeydanda, Nağaraxanada, Məlhəmdə, Çuxuryurdda, Hacılıda məşğuldurlar. İyulun ikinci yarısından həmin ərazilərdə də kütləvi yığıma başlanılacaq.
Mütəxəssislər cari mövsümdə rayonda azı 2500 ton kartof istehsal ediləcəyi qənaətindədirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]