REGİONLAR


Şamaxıda cari mövsümdə 350 hektardan çox sahədə kartof əkiləcəyi gözlənilir

Şamaxı, 22 fevral, AZƏRTAC

Şamaxı rayonunda kartofçuluq xüsusilə şimal dağlıq ərazilərdə, o cümlədən Qızmeydan, Əhmədli, Nağaraxana, Çuxuryurd, Hacılı və bir sıra digər ərazi dairələrində əhalinin məşğul olduğu ənənəvi təsərrüfat sahəsidir və artıq hər yerdə əkinə hazırlıq işləri başa çatdırılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kartofçuluqla daha çox ailə fermer təsərrüfatları və fiziki şəxslər məşğul olurlar. Ötən il bölgədə 326 hektarda kartof yetişdirilib və 2234 ton məhsul istehsal olunub. Cari mövsümdə əkin sahələrinin artacağı, 350 hektardan çox olacağı proqnozlaşdırılır.

Artıq hər yerdə şum çıxarılıb, şum altına kifayət qədər üzvi gübrə verilib, toxum tədarük olunub. Bu il də əkində daha çox öz dadı və keyfiyyəti ilə seçilən “Qızmeydanı”, “Ərdəbil”, habelə “Gədəbəy” sortlarından istifadə ediləcək. Qeyd edək ki, mart ayının ikinci ongünlüyündən kütləvi surətdə əkinə başlanacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.