REGİONLAR
Şamaxıda əlavə 2075 hektar sahədə payızlıq taxıl əkilib
Şamaxı, 9 yanvar, AZƏRTAC
Şamaxı fermerləri əlavə torpaq sahələri cəlb etməklə cari ilin məhsulu üçün payızlıq taxıl əkini sahələrini 2075 hektar artırıblar.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə, 22 min 112 hektara taxıl səpilib. Bunun 14 min 114 hektarı buğda, 7998 hektarı isə arpadır. Ən çox əkin Sabir və Şəhriyar qəsəbələrində, Qızmeydan, Göylər, Çarhan, Məlhəm və bir sıra digər ərazi vahidlərində aparılıb.
Qeyd edək ki, rayonun taxılçılıqla məşğul olan fermerləri və fiziki şəxsləri mühüm strateji məhsul olan taxılçılığın inkişafı, bu məqsədlə əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılması istiqamətində məqsədyönlü tədbirlər görürlər. Hazırda sahələrdə zərərvericilərə qarşı ciddi mübarizə tədbirləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]