Şamaxıda ictimai yerdə aktiv koronavirus xəstəsi aşkarlanıb
AzerTAg.az
Bakı, 28 yanvar, AZƏRTAC
Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri nəzarət-yoxlama tədbirləri zamanı ictimai yerdə aktiv koronavirus xəstəsi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şəhər sakini Rahim Xəlilovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və virusun yayılmasına şərait yaradıb.
Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Bu barədə müvafiq səhiyyə qurumlarına məlumat verilib.
Rahim Xəlilov barəsində Şamaxı Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Xəbərin mətnində orfoqrafik səhv var