REGİONLAR


Şamaxıda karantin qaydalarını pozan otelin icarədarı 4 min manat cərimələnib

Şamaxı, 27 iyul, AZƏRTAC

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən toy mərasimlərinin keçirildiyi obyektlərdə yoxlamalar aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən yoxlamalar zamanı rayonun Çuxuryurd kəndi ərazisində yerləşən “Star” oteldə təşkil edilən toy mərasimində məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, eləcə də müəyyən edilən say həddindən artıq qonağın iştirakı aşkarlanıb. Aşkarlanan pozuntularla bağlı otelin icarədarı Məqsəd Bağırov inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat cərimələnib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.