REGİONLAR


Şamaxıda kartof yığımı davam edir

Şamaxı, 2 avqust, AZƏRTAC

Şamaxı rayonunda kartof yığımı davam edir və artıq 309 hektar sahənin məhsulu toplanılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, cari mövsümdə 338 hektar sahədə kartof yetişdirilib, sahələrdən 3028 tona yaxın məhsul götürülüb.

Əksər ərazilərdə, o cümlədən Qızmeydan, Hacılı, Talışnuru, Əhmədli, Nağaraxana, Məlhəm və bir sıra digər inzibati ərazi dairələrində kartof yığımı başa çatıb. Hazırda qalan ərazilərdə də məhsulun tez və itkisiz yığılması üçün ciddi səy göstərilir.

Qeyd edək ki, kartofçuluq Şamaxıda ənənəvi təsərrüfat sahəsidir. İlboyu bu məhsula olan tələbat torpaq mülkiyyətçilərinin kartofçuluğa olan marağını artırır. Cari mövsümdə rayonda 3500 tonadək kartof istehsalı gözlənilir. Yığılan məhsulun bir hissəsi birbaşa yerli bazarlara, o cümlədən Bakı bazarlarına çıxarılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.