CƏMİYYƏT


Şamaxıda keçirilən seminar-treninqdə dini radikalizmlə mübarizənin yolları müzakirə olunub

Bakı, 15 avqust, AZƏRTAC

Avqustun 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminar-treninqdə çıxış edən DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli zərərli dini təriqətlərin yayılmasına qarşı bu cür tədbirlərin keçirilməsinin önəmindən danışıb.

Komitənin dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov bildirib ki, Dövlət Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən birini də dini radikalizmlə və ekstremizmlə mübarizə təşkil edir. Dini radikalizmlə və ekstremizmlə mübarizədə milli-mənəvi dəyərlərin təbliği, eləcə də ənənəvi İslamın dirçəldilməsi məqsədilə hərtərəfli maarifçilik işini özündə ehtiva edən kompleks tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu diqqətə çatdıran şöbə müdiri radikalizmin yaranma səbəblərini göstərərək qeyd edib ki, dində radikallıq müxtəlif formalarda təzahür etməklə dinin əsl mahiyyətini kölgədə qoyur.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında dövlət-din münasibətlərinin tənzimlənməsinin əhəmiyyətindən söhbət açıb. O, gənclərimizi radikal təsirlərə və milli-mənəvi dəyərlərimizə yad olan ünsürlərə qoşulmamağa çağırıb.

Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə bildirib ki, ölkəmizdə dini sahədə sabitlik hökm sürür və cəmiyyətimizin, xüsusilə də gənclərin radikal dini təsirlərdən qorunmasında hər birimizin üzərinə böyük məsuliyyət düşür.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.