REGİONLAR


Şamaxıda kənd təsərrüfatı məhsullarının istehsalı 26,7 faiz artıb

Şamaxı, 31 oktyabr, AZƏRTAC 

Şamaxı rayonunda cari ilin on ayında kənd təsərrüfatı məhsullarının istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,7 faiz artıb.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, on ayda Şamaxıda 60 milyon 881,8 min manat kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu göstərici keçən ilin eyni dövründəkindən 12 milyon 812,1 min manat çoxdur.

Aqrar sektorda istehsal edilən məhsulların 39 milyon 897,7 min manatı bitkiçiliyin, 20 milyon 984,1 min manatı isə heyvandarlığın payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.