REGİONLAR


Şamaxıda növbəti dəfə Qida Festivalı təşkil olunub VİDEO

Bakı, 3 iyul, R.Türkoğlu, AZƏRTAC

Şamaxıda növbəti dəfə Qida Festivalı qeyd edilib. Yerli fermerlərin, sahibkarların, Avropa İttifaqının Bakı Nümayəndəliyinin, İttifaqa üzv dövlətlərinin səfirliklərinin, Azərbaycan Hökumətinin, Milli Məclisin və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı festivalda kənd təsərrüfatı məhsullarının sərgisi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Qida Festivalının məqsədi Dağlıq Şirvan iqtisadi rayonunda istehsal edilən kənd təsərrüfatı məhsullarının, ənənəvi qida irsinin təqdim edilməsi, yerli və xarici turistlər, digər maraqlı tərəflər arasında tanıdılmasına nail olmaqdan ibarətdir. Festivalda Şamaxı, İsmayıllı, Qobustan və Ağsu rayonlarını təmsil edən iştirakçılar kənd təsərrüfatı və ənənəvi qida məhsullarını qonaqlara təqdim ediblər.

Sərgiyə bal məhsulları ilə qatılan festival iştirakçısı Brilliant Hümbətova deyib: “Festivalda öz məhsullarımızı sərgiləyirik. Mənim layihədən gözləntilərim böyükdür, aldığım dəstək və maddi kömək hesabına təsərrüfatımı daha da inkişaf etdirməyi düşünürəm”.

Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və yerli vətəndaş cəmiyyəti institutlarının icra etdiyi fəaliyyətlərdən biridir. Əsas məqsədi yerli qida potensialının artırılmasına və aqrar məsləhət xidmətlərinin keyfiyyətinin yüksədilməsinə nail olmaqdır.

İqtisadi və Sosial İnkişaf Mərkəzi İdarə Heyətinin sədri Vüqar Bayramov deyib: “Qida Festivalı Avropa İttifaqı tərəfindən dəstəklənən layihənin tərkib hissəsidir. Layihə Azərbaycan dövləti tərəfindən də dəstəklənir. Məqsəd Dağlıq Şirvanda, eyni zamanda, Şəki-Zaqatala iqtisadi rayonunda kiçik və orta sahibkarları dəstəkləmək, onların biliklərinin artırılması, Avropa İttifaqı ölkələrinə səfərlərinin təşkil edilməsi, eyni zamanda İttifaqın proqramı çərçivəsində kiçik maliyyə dəstəyinin verilməsindən ibarətdir”.

Xatırladaq ki, Avropa İttifaqı Şamaxıda təşkil edilən Qida Festivalına, Dağlıq Şirvan iqtisadi rayonunun kənd təsərrüfatı məhsullarının və regional ənənəvi qidalarının təqdimatına yardım edir. Layihə “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi ilə birgə tərəfdaşlıq çərçivəsində İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən icra olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.