REGİONLAR


Şamaxıda ötən il 771 yeni iş yeri açılıb

Şamaxı, 21 yanvar, AZƏRTAC

Şamaxı rayonunda yola saldığımız 2021-ci ildə 771 yeni iş yeri açılıb.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, yeni açılan iş yerlərinin hamısı daimidir. Açılan iş yerlərindən 39-u yeni yaradılan müəssisə və təşkilatlarda, 96-sı mövcud müəssisə və təşkilatlarda, 636-sı isə fiziki şəxslərdədir.

Regionların sosial-iqtisadi inkişafına göstərilən dövlət dəstəyi, sahibkarlar üçün yaradılan əlverişli şərait respublikamızın hər yerində olduğu kimi, Şamaxı rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına şərait yaradır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.