REGİONLAR


Şamaxıda palçıq vulkanı püskürüb VİDEO

Şamaxı, 24 yanvar, AZƏRTAC 

Yanvarın 23-də saat 19:30 radələrində Şamaxı rayonunun Quşçu kəndi ərazisində palçıq vulkanı püskürüb.

Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, püskürmə kəndin 500 metrliyində qeydə alınıb. Yerli sakinlər püskürmədən əvvəl ərazidə güclü uğultu səsi eşidiblər. Təqribən 5 dəqiqə ərzində yerin dərinliyindən çıxan lava 3 hektar ərazidə torpağın üz səthinə yayılıb. Bu ərazi 8 kənd sakininin payızlıq əkin sahəsi olub.

Qeyd edək ki, palçıq vulkanları üçün xarakterik olan alov sütunu budəfəki püskürmə zamanı qeydə alınmayıb. Sakinlərin sözlərinə görə, adətən kənd ərazisində vulkan püskürmələri müşahidə edilir, lakin son vulkan püskürməsi daha güclü olub. Vulkanın püskürdüyü ərazidə tektonik çatlar da yaranıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlara məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.