REGİONLAR
Şamaxıda parlament seçkilərinə hazırlıq işləri başa çatmaq üzrədir
Şamaxı, 6 oktyabr, AZƏRTAC
85 saylı Şamaxı seçki dairəsində noyabrın 1-də keçiriləcək növbəti parlament seçkilərinə hazırlıq işləri başa çatmaq üzrədir.
Bu barədə AZƏRTAC-a məlumat verən dairənin sədri Hüseyn Rəcəbov bildirib ki, dairə üzrə səsvermə 63 seçki məntəqəsində keçiriləcək və artıq bütün məntəqələrdə seçicilərin siyahısı dəqiqləşdirilərək müvafiq yerlərdə lövhələrə vurulub. Dairə üzrə 40 min 997 nəfər seçici qeydə alınıb.
Bütün məntəqələr lazımi inventar və avadanlıqlarla təchiz olunub. Oktyabrın 9-dan isə namizədlərin təşviqat kampaniyasına başlanılacaq. Bununla əlaqədar hər bir yaşayış məntəqəsində onların təşviqat aparmaları üçün açıq və qapalı görüş yerləri müəyyən edilib və bu yerlər barədə namizədlərə məlumat verilib.
Dairənin sədri Hüseyn Rəcəbov vurğulayıb ki, seçkilərin Seçki Məcəlləsinə uyğun azad, demokratik və şəffaf keçirilməsi üçün bundan sonra da lazımi tədbirlər görüləcək.