REGİONLAR


Şamaxıda payızlıq taxıl əkini sahələri 39,3 min hektarı ötüb

Şamaxı, 7 dekabr, AZƏRTAC

Şamaxıda payızlıq taxıl əkini kampaniyası davam edir və artıq 39 min 348,4 hektar sahədə səpin aparılıb. Taxılçılar əkin sahələrini ötən ildəkinə nisbətən 4453,9 hektar artırıblar.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əkilən sahələrin 27 min 872,4 hektarına buğda səpilib. Əksər ərazilərdə, xüsusilə daha çox taxıl əkilən Qızmeydan, Göylər, Məlcəm kənd, Şəhriyar qəsəbə və digər bir sıra ərazi dairələrində payız əkini daha mütəşəkkil aparılır.

Qeyd edək ki, rayonun taxılçılıqla məşğul olan fermerləri və fiziki şəxsləri son illər bu mühüm strateji məhsulun istehsalının artırılması məqsədilə əkin sahələrini genişləndirir, məhsuldarlığın artırılması istiqamətində ardıcıl tədbirlər görürlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.