REGİONLAR
Şamaxıda payızlıq taxıl səpininə başlanılıb
Şamaxı, 19 oktyabr, AZƏRTAC
Şamaxıda payızlıq taxıl səpininə başlanılıb və qısa vaxtda 7186 hektar sahədə əkin aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə Şamaxıda 41 min hektar sahədə payızlıq taxıl səpini gözlənilir. Hər yerdə, xüsusilə şimal dağlıq ərazilər olan Qızmeydan, Talışnuru, Ərçiman, Çuxuryurd və bir sıra digər icra nümayəndəliklərində fermerlər və fiziki şəxslər səpinin vaxtında və yüksək aqrotexniki tələbləri səviyyəsində aparılması üçün ciddi səy göstərirlər. Əkində yüksək reproduksiyalı, sertifikatlı toxumlardan istifadə olunur. Səpiləcək taxıl xəstəlik və zərərvericilərə qarşı dərmanlanır, əkin zamanı mineral gübrələrdən istifadə edilir.
Hazırda hər gün sahələrə 150-dən çox texnika, o cümlədən şum traktoru və səpin aqreqatı çıxarılır.