CƏMİYYƏT


Şamaxıda sahibkarlarla görüşdə beynəlxalq standartların təmin edilməsi yolları müzakirə edilib

Bakı, 30 noyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bölgələrdə sahibkarların maarifləndirilməsi sahəsində görülən ardıcıl tədbirləri davam etdirirlər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Şamaxı rayonunda ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin 6.3.5 bəndinin icrası ilə əlaqədar olaraq ixracatçılarla görüş keçirib.

Agentliyin şöbə müdiri Əkbər Əliyev kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılması istiqamətində Strateji Yol Xəritəsində nəzərdə tutulan işlər haqqında sahibkarlara məlumat verib. Qeyd olunub ki, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin 6.3.5 bəndində sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi, beynəlxalq standartların təmin edilməsi nəzərdə tutulub. Həmin bəndə əsasən ixrac məhsullarının beynəlxalq bazarların tələblərinə uyğunlaşdırılması üçün sertifikatlaşdırma sistemi təkmilləşdiriləcək, həmçinin beynəlxalq sertifikatların alınmasında ixracatçı fermerlərə dəstək veriləcək.

Görüşdə sahibkarların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.