REGİONLAR


Şamaxıda şəhid ailələrinin üzvləri və qazilər üçün tibbi aksiya keçirilib

Şamaxı, 7 may, AZƏRTAC

“Regional İnkişaf” İctimai Birliyi (RİİB), Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə Şamaxı rayonundakı Müalicə Diaqnostika Mərkəzində şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün tibbi aksiya keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Şamaxı və ətraf rayonlarda yaşayan və qeyd edilən həssas kateqoriyalardan olan 200 nəfərə yaxın vətəndaş kardioloji, endokrinoloji və nevroloji müayinələrdən keçib. Bakıdan ezam edilən həkimlər tərəfindən aparılan müayinələrin nəticələrinə əsasən, xəstələrə müvafiq müalicə kursları təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

RİİB könüllülərinin təşkilati dəstəyi ilə keçirilən müayinələrin digər regionlarda da aparılması nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.