REGİONLAR


Şamaxıda şəhidlərin xatirəsinə həsr edilən kitabın təqdimatı keçirilib

Şamaxı, 6 dekabr, AZƏRTAC

Şamaxıda rayon icra hakimiyyətinin təşəbbüsü ilə Mədəniyyət Mərkəzində Sevgili Xanəliyevanın 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Şamaxı şəhidlərinin əziz xatirəsinə həsr olunan “Ab-ı həyat” adlı kitabının təqdimat mərasimi olub. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, şəhid ailələləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsinin xalqımız tərəfindən daim əziz tutulmasından, dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıblar. Şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən geniş söz açan natiqlər “Ab-ı həyat” kitabının ərsəyə gəlməsini də bu istiqamətdə görülmüş işlərin bir hissəsi olduğunu vurğulayıblar. “Ab-ı həyat” kitabında ölkəmizin müstəqilliyi, torpaqlarımızın müdafiəsi və ərazi bütövlüyü uğrunda İkinci Qarabağ müharibəsində Şamaxı rayonundan olan 43 şəhid haqqında geniş məlumatlar yer alıb.

Tədbirin sonunda "Ab-ı həyat" kitabı şəhid ailələrinə təqdim olunub. Tədbir şəhər məktəblərinin hazırladıqları şeir kompozisiyası ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.