REGİONLAR


Şamaxıda sənaye məhsullarının istehsalı 9,6 milyon manatdan çox artıb

Şamaxı, 25 oktyabr, AZƏRTAC

İqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafına göstərilən dövlət dəstəyi aqrar bölgə olan Şamaxı rayonunda da sənaye sahələrinin inkişafına şərait yaradır. Təsadüfi deyil ki, cari ilin doqquz ayında bu sahə üzrə məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, 2021–ci ilin doqquz ayında Şamaxıda 17 milyon 446 min manatlıq sənaye məhsulları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 milyon 626,7 min manat çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.