REGİONLAR


Şamaxıda sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirilib

Bakı, 29 may, AZƏRTAC

Şamaxı Rayon İcra Hakimiyyəti ilə birgə Azərbaycan Güləş Federasiyasının və Şirvan Güləş Klubunun təsdiq etdiyi əsasnaməyə uyğun olaraq 27-28 may tarixlərində, Şamaxı Olimpiya Mərkəzində 2007-2009-cu il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə Şirvan Güləş Klubunun açıq birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, birincilikdə respublikamızın müxtəlif şəhər və rayonlarından 10 çəki dərəcəsi üzrə 20-yə yaxın komandadan 170 nəfər yeniyetmə idmançı iştirak edib. Yarışın açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Olimpiya Komitəsinin “Ədalətli Oyunlar” komissiyasının sədri Xəzər İsayev və Azərbaycan Respublikasının “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, Şirvan Güləş Klubunun prezidenti Oleq Andreyeviç Krapivin çıxış edərək yeniyetmə idmançılara uğurlar arzulayıblar.

Yarış Dünya Güləş Birliyinin qaydalarına uyğun olaraq keçirilib. Yarışın baş hakimi, Azərbaycan Güləş Federasiyasının nümayəndəsi, beynəlxalq dərəcəli hakim Qərib Əliyev təyin edilib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın sonunda qalib gəlmiş idmançılar Təşkilat Komitəsi tərəfindən müvafiq diplom, medal və kubokla mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.