REGİONLAR


Şamaxıda son on ildə arı ailələrinin sayı 3,4 dəfə artıb

Şamaxı, 29 oktyabr, AZƏRTAC 

Şamaxı rayonunda arıçılıq təsərrüfatı dinamik inkişaf edir və son on ildə arı ailələrinin sayı 3,4 dəfə artıb.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda bölgədə 6888 arı ailəsi var. Arıçılar cari mövsümdə 44 ton bal əldə ediblər. Rayonun Adnalı kəndindən olan Fazil Təhməzov, Şamaxı şəhərindən Fəxrəddin Məmmədov kimi onlarca təcrübəli arıçının əldə etdikləri nəticələr, yüksək keyfiyyətli Şamaxı balına olan tələbat bu sahənin inkişafına güclü stimul yaradıb. Əlbəttə, bölgənin flora və faunası da bu nadir təsərrüfat sahəsinin inkişafına gözəl imkanlar açır.

Qeyd edək ki, Şamaxı arıçıları bu mövsümdə Bakıda keçirilən yarmarkaya 2,5 ton bal çıxarıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.