CƏMİYYƏT


Şamaxıda soyğunçuluq edən qadın yaxalanıb

Bakı, 18 oktyabr, AZƏRTAC 

Şamaxı Rayon Polis Şöbəsinə müraciət edən Qobustan rayon sakini X.Nəzərovun oktyabrın 17-də Şamaxı şəhəri ərazisindəki bankomatların birində pulunu çıxarmasına kömək edən şəxsin onun 200 manatını çıxararaq aparmasını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini H.Yadigarlı təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.