REGİONLAR


Şamaxıda ümumməhsul buraxılışında sənayenin payı artır

Şamaxı, 29 iyul, AZƏRTAC

Respublikamızda qeyri-neft sektorunun inkişafına göstərilən dövlət dəstəyi, bölgələrdə iqtisadiyyatın şaxələndirilməsi artıq öz müsbət nəticələrini göstərir. Təsadüfi deyildir ki, aqrar bölgə olan Şamaxı rayonunda ümumməhsul buraxılışında sənayenin payı artır.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, bu ilin ilk altı ayında 5 milyon 360 min manatlıq sənaye məhsulları buraxılıb. Ötən ilin birinci yarısındakı göstərici ilə müqayisədə cari yarımillikdə ümumməhsul buraxılışında sənayenin payı 30,5 min manat çox olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.