REGİONLAR


Şamaxıda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Şamaxı, 12 dekabr, AZƏRTAC

Dekabrın 12-də Şamaxıda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, idarə, müəssisə, təşkilat rəhbərləri və minlərlə Şamaxı sakini Ümummilli Liderin abidəsini ziyarət edərək xalqın böyük xilaskarının xatirəsinə ehtiramlarını bildirib, abidənin önünə tər çiçək dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif illərinin ayrı-ayrı məqamlarını əks etdirən fotolara və “Dahi şəxsiyyət” adlı sənədli filmə baxış olub.

Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov tədbiri açaraq ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən danışıb, istər sovetlər, istərsə də müstəqillik dövründə Ulu Öndərin hakimiyyəti illərində ölkəmizin hərtərəfli inkişaf etdiyini bildirib. Əsası Ulu Öndər tərəfindən qoyulmuş hərtərəfli inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən T.Məmmədov bu gün Azərbaycanın dünyada söz sahibi olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov və Mədrəsə qəsəbə tam orta məktəbinin müəllimi Rahib Qasımov Ulu Öndərin Azərbaycançılıq ideyasından, ölkəmizin müstəqillik qazanması və çiçəklənməsi yolunda atdığı addımlardan danışaraq, dahi rəhbərin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.