REGİONLAR


Şamaxıda vaksinasiya prosesi uğurla aparılır

Şamaxı, 22 yanvar, AZƏRTAC

Şamaxı Müalicə-Diaqnostika Mərkəzi publik hüquqi şəxsdə əhalinin vaksinasiyası prosesi ilk gündən uğurla, planauyğun şəkildə aparılır.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, insanların COVID-19 infeksiyasına qarşı peyvənd edilməsi xüsusi nəzarət altında Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) müəyyən etdiyi qaydalara uyğun təşkil olunub. Mərkəzdə vaksinasiya prosesinə 3 peyvənd, 3 gözləmə, 1 qeydiyyat və 1 təcili yardım otağı ayrılıb. Birinci mərhələdə tibb işçiləri peyvənd olunurlar.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na uyğun olaraq tibb işçilərindən sonra xüsusi risk qruplarına daxil olan yaşı 65-dən yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək. Bunun üçün artıq qrafik tərtib olunub. Hazırda əhali arasında təbliğat-izahat işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.