REGİONLAR


Şamaxıda yarım ildə süd istehsalı 16,9 faiz artıb

Şamaxı, 7 iyul, AZƏRTAC

Şamaxı rayonunda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindəndir və cari ilin altı ayı heyvandarlar üçün uğurlu nəticələrlə yekunlaşıb.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, hazırda Şamaxıda 29 min 517 baş iribuynuzlu mal-qara, 126 min davar bəslənilir. Cari ilin birinci yarısında heyvandarlıq məhsulları istehsalı üzrə əsas göstəricilərdə artım olub. Belə ki, yarım ildə diri çəkidə 2133 ton ət istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 91,1 ton çoxdur. Süd istehsalı 16,9 faiz artaraq 18 min 585 tona çatıb. Yarım ildə, habelə yumurta istehsalı 1186 ədəd artıb və 10 milyon 427 min ədəd olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.